Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul-görüş keçirildi

5/5

  •         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, aprel ayının 28-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşmış Xocalı şəhər sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər.        Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə respublikamızın o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə şəhər sakinlərinə məlumat verdi.      Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminolunma, qəsəbədaxili küçələrin işıqlandırılması, I Qarabağ müharibəsinə iştirak etmiş şəxsə veteran vəsiqəsinin verilməsinə köməklik və digər məsələlər barədə oldu.       İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib56 dəfə
    Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul görüş keçirildi

    Maraqlı gələ bilər
    24
    64
    40
    53